“Johnson&Johnson” vaksininin istifadəsinə icazə verildi

  • 03 Mrt 2021 15:03
  • 270 Baxış
“Johnson&Johnson” vaksininin istifadəsinə icazə verildi
“Jonhson&Johnson” peyvəndi “Pfizer/BioNTech və Moderna”dan sonra ABŞ-da təcili vəziyyətlərdə istifadə edilən 3-cü vaksin oldu.


Medicina.az xəbər verir ki, ABŞ Qida və Dərman Mərkəzi (FDA) “Johnson&Johnson” firmasının COVID-19-a qarşı yaratdığı peyvəndin tətbiqinə icazə verib. Beləliklə, “Jonhson&Johnson” vaksini, “Pfizer/BioNTech” və “Moderna”dan sonra ABŞ-da istifadə edilən 3-cü peyvənd oldu.

Qeyd edək ki, 44 min nəfər üzərində aparılan “Johnson&Johnson”ın tək dozasının 66 faiz təsirli olduğu, xəstəlik və ölümə qarşı güclü qoruduğunu açıqlandı.