Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kiməsə toxunanda sizi də “tok” vurur? – Qarşısını almaq üçün…

  • 2024.03.01 20:45
  • 1218 Baxış
Kiməsə toxunanda sizi də “tok” vurur? –  Qarşısını almaq üçün…
Bəzən kimsə ilə əllə görüşdükdə və ya hansısa metal əşyaya, qapıya toxunduqda sanki “tok” vurur.

Medicina.az xəbər verir ki, buna statik elektrik səbəb olur.

Statik elektrik insan bədəninin səthində yığılan elektrik yüküdür. Bəzi faktorlar elektrik yükünü artıraraq “tok” vurma hallarını daha tez-tez yaşamağa səbəb olur. Məsələn, yun paltarlar geyinmək statik elektriyi artırır. Həmçinin stresli vəziyyətlərdə insanın üzərindəki elektrik yükü artır. Yağışdan əvvəl də insan özünü gərgin hiss edir, çünki havada elektrik yükü çox olur.

İnsan bədənindəki bu elektrik yerə ötürülə bilmədikdə, keçirici maddə ilə ilk təmasda “tok” vurma halı baş verir.

Su ilə bütün təmas formaları bu elektrik yükünün azalmasına səbəb olur. Məsələn, dənizdə üzdükdə elektrik yükündən azad oluruq. Ona görə də dənizdə çimmək, duş qəbul etmək insanı rahatlaşdırır.

Digər üsul isə torpaqda yalın ayaq gəzməkdir. Yayda ayaqyalın gəzmək bu baxımdan kömək edə bilər.

Gül