Kimlər intim əlaqə zamanı ölə bilər?– Alimlər araşdırdı

  • 2023.08.11 23:03
  • 1784 Baxış
Kimlər intim əlaqə zamanı ölə bilər? – Alimlər araşdırdı
İntim əlaqənin faydaları ilə yanaşı digər təhlükəli tərəfi də var. Statistikaya görə, hər il 0,6% qəfil ölümlər cinsi əlaqə və ya ondan sonra baş verir. Amma qorxmağa gərək yoxdur.


“Medicina” xəbər verir ki, kardioloq Gerardo Finokkiaro seks zamanı ölümün mümkün səbəblərini açıqlayıb.

Əksər hallarda bu həddən artıq fiziki gərginlik, ürək-damar sisteminin yüklənməsi, erektil disfunksiyaya qarşı dərman qəbulundan və narkotik vasitələrin təsirindən baş verir.

Məhkəmə-tibbi ekspertizaların 33 il ərzində patoloqoanatomik tədqiqatları göstərib ki, qəfil ölümlərin 0,3%-i seksual aktivlik zamanı olub.

Adətən bunlar 50-61 yaş arası kişilər idi, ölüm səbəbi miokard infarktı olub.

Lakin London universitetinin yeni araşdırması sübut edib ki, intim əlaqə zamanı qəfil ölüm hallarında orta yaş 38-dir.

Seksdən sonra ölüm daha çox sonrakı 1 saat ərzində baş verir.

35-40 yaş arası nəinki kişilər, o cümlədən qadınlar da risk altındadır.

Qadınlarda bu kişilərdə olduğu kimi ürək tutmasından yox, ürək ritminin pozulması, aritmiyadan olub. Aortanın qopması 12% hallarda ölüm səbəbu kimi qeydə alınıb.

Gənc adamlarda seks zamanı ölüm kardiomiopatiyadan ola bilər.


Aygün Musayeva