Kişilər üçün olan bu dərman gözləri kor edir

  • 2022.04.12 15:35
  • 3102 Baxış
Kişilər üçün olan bu dərman gözləri kor edir


ABŞ həkimləri 5-ci tip fosfodiestaraza ingibitorlu dərmanların sağlamlığa fəsadları barədə açıqlama verib.

Kişilərdə cinsi zəifliyə qarşı populyar Viaqra və Sialis dərmanları kişilərin gözünə çox mənfi təsir edir.

Bakupost.az xəbər verir ki, ABŞ-ın icbari tbbi sığorta üzrə tədqiqatçıları 215 min amerikan kişi üzərində araşdırma aparıb.

Məruzədə deyilir ki, onlardan yarıdan çoxunda dərmanın təsirindən gözlərdə problem, zəifləmə müşahidə edilib.

ABŞ-da cinsi zəifliklə bağlı hər il 20 milyon kişiyə Viaqra təyin edilir.

Viaqranın səbəb olduğu 3 əsas göz xəstəliyi bunlardır:

- Torlu qişanın laylanması

- Torlu qişada tromblar əmələ gəlməsi

- İçemik nevropatiya

Ayda 4 dəfədən artıq Viaqra dərmanı qəbul edənlərdə gözlərdə qan dövranı damar pozulması müşahidə edilir.

Xüsusən öncədən, gəncliyindən gözlərində problem olanlarda dərmanlar 2 dəfə artıq mənfi fəsad göstərib.

Viaqra qəbul edən kişilər hər hansı gün gözlərində qəfildən yaranan qara ləkələnmə, göz önündə uçuşan obyekt, görmənin pisləşməsini hiss etsələr, mütləq oftalmoloqa müraciət etsinlər.

Aygün Musayeva
BakuPost