Kişilərdə intim həyatın olmamasının nəticələri – Spermtoksikoz nədir?

  • 2023.03.10 21:51
  • 1956 Baxış
Kişilərdə  intim həyatın olmamasının nəticələri  – Spermtoksikoz nədir?
Kişilərdə intim həyatın olmaması hansısa xəstəliyə gətirib çıxara bilər fikrini çox eşitmisiz. Lakin bu tibbi baxımdan belə deyil.


“Medicina” xəbər verir ki, cinsi ehtiyacın özü və cinsi partnyorların sayı yaşla bağlı dəyişir. İnsanlar fərqli olduğu üçün kimsə çox şey istəyir və ya əksinə, kimsə cinsi əlaqə olmadan mükəmməl normal yaşayır. Baxmayaraq ki, çoxları bunu etiraf etməyə çəkinirlər.

Hər şey kişinin niyə cinsi əlaqədə olmamasından asılıdır: bu, onun seçimidir, yoxsa artıq mövcud sağlıq problemlərinin günahıdır?


Bir çox araşdırmalar göstərir ki, müntəzəm cinsi əlaqə güclü immunitet sistemi funksiyası, aşağı qan təzyiqi, azalmış stress səviyyələri və ürək-damar xəstəlikləri riski kimi faydaları verir.

Əgər cinsi əlaqə aylar, hətta illər ərzində həyata keçirilmirsə, mənfi fiziki tərəflər var. Lakin sağlamlıq təsirləri olmayacaq.

Spermatoksikoz baş verirmi? Kişinin bədənindən çıxmayan sperma ya bədəndə yenidən sorulur, ya da yuxu zamanı ifraz edir. Düşünməyin ki,bu yalnız gənc oğlanlarda olur. Bu, yalnış fikirdir. Bu proses nə cinsi boşalma funksiyasına, nə də intim arzu istəyə rəsir etmir.

Sperma tükənə bilərmi? Xeyr, belə hal baş verə bilməz və heç bir yolla cinsi orqanın sağlığına təsir etmir.

Günay Quliyeva