Komada olan Səyyad Əlizadə Gömrük Hospitalına köçürülür?

  • 2021.09.16 17:52
  • 1927 Baxış
Komada olan Səyyad Əlizadə Gömrük Hospitalına köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Onu Zığ modul xəstəxanasından Gömrük xəstəxanasına köçürmək istəyirlər

Bu barədə Oxu.Az-a müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:

“Hazırda Səyyad Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur. Axşam saat 19:00 radələrində həkimlərin növbəti baxışı olacaq. Vəziyyəti dəyərləndirildikdən sonra, köçürülmə prosesinin səhhətinə mənfi təsir etməyəcəyinə rəy verilsə, Mərkəzi Gömrük Hospitalına yerləşdirmək istəyirik”.