Köpün qarşısını alan ideal məhsul

  • 2023.05.05 16:59
  • 3814 Baxış
Köpün qarşısını alan ideal məhsul
Köp bir sıra səbəblərdən baş verə bilər. Onun qarşısını almaq üçün təbii vasitələr var.

“Medicina” xəbər verir ki, həkim – diyetoloq Vasilisa Ponomarevanın sözlərinə görə, darçın soyuqdəyməyə qarşı xüsusiyyətlərə malikdir. Həmçinin həzmə kömək edərək, şişkinliyi aradan qaldırır.

Mədə və qarında köpün üç əlaməti:

• Mədəniz dolu və ya adi haldan daha böyük hiss olunur
• Qarın ağrısı və ya narahatlığınız var
• Mədəniz böyüyür və ya ordan səslər gəlir

Darçın bədəndəki iltihabları azaltmağa kömək edən antidoksidant hesab edilir. Həm də tərkibində iltihab əleyhinə birləşmələr var.

Məhz bu səbəbdən kofeyə əlavə edilən darçın köpün qarşısını almaqda böyük təsirə malikdir”.

Köpün qarşısını almağın digər yolları:

Müntəzəm məşq edin

Hava udmamaq üçün ağzınız bağlı çeynəyin

Bol su için

Qəbizliyiniz varsa, yüksək lifli qidalar qəbul edin

Daha tez-tez və kiçik tikələrlə yeyin

Udulan havanı çıxarmaq üçün qarnınızı sağdan sola dairəvi masaj edin.

Günay Quluzadə