Koronadan sağalmağa kömək edən içkilər

  • 2022.02.24 16:09
  • 2321 Baxış
Koronadan sağalmağa kömək edən içkilər

Bu içkilər də koronadan sağalmağa kömək edirYeni növ koronavirusa yoluxduqda bəzi içkilər orqanizmin sağalmasına kömək edir. Lakin bir sıra içkilər var ki, onlardan müvəqqəti olaraq imtina etmək məsləhət görülür.

Medicina.az .az xəbər verir ki, həkim-endokrinoloq Aynur Muxtarova bu barədə deyib:


"COVİD və onun əleyhinə qəbul edilən dərmanlar orqanizmdə sərbəst radikalların əmələ gəlməsinə müəyyən qədər zərərli təsir göstərir. Ancaq maye qəbulu sərbəst radikalların orqanizmdən çıxmasına və koronadan tez sağalmağa kömək edir. Koronavirus infeksiyasından qorunmaq üçün maye qəbulunu artırmaqla xəstəliyə yoluxma riskini nisbətən azaltmaq mümkündür" .

Həkim-endokrinoloqun dediyinə görə, evdə hazırlanan içkilər və yaşıl çay əsasında hazırlanan dəmləmələr də tez sağalmağa kömək edir. Lakin xəstəliklə mübarizədə bədənin təmizləmə funksiyasıni yerinə yetirən əsas maye sudur:

"Maye qəbul edilməsi deyəndə təkcə suyun qəbulu nəzərdə tutulmur. Sudan başqa gün ərzində tünd içkilər, qəhvə, çaylar, müxtəlif qazlı içkilər və kompotlar da içilir. Koronaviruslu xəstələrin ya adi sudan, ya da müxtəlif bitki dəmləmələrindən istifadə etməsi məsləhət görülür. Aparılan araşdırmalara görə, tünd içkilər - qəhvə və çay xəstəlik zamanı mənfi təsir göstərir".

Orqanizmdəki suyun bir hissəsini itirmək öz mənfi təsirini dərhal göstərir. Belə hallarda insan su içmədikdə vəziyyəti daha da pisləşə bilər. Qida və tullantıların daşınması, bədən temperaturunun nizamlanması, oynaqlarda sürüşkənliyin və orqanizmdəki bir çox kimyəvi reaksiyaların tənzimlənməsi baxımından maye olaraq qəbul edilən suyun əhəmiyyəti çox böyükdür./axar.az/