Koronavirus tam təmizlənməyəcək, amma pandemiyanın bitməsinə az qalıb - Ekspert

  • 01 İyn 2022 16:37
  • 1032 Baxış
Koronavirus tam təmizlənməyəcək, amma pandemiyanın bitməsinə az qalıb   - Ekspert


“İnsan var olduqca, koronavirus da olacaq. Əksinə kovidin Omikron ştamı cəmiyyətə faydalı oldu. O, hətta vaksindən belə yaxşı kütləvi immunitet yaratdı”.


Bakupost.az xəbər verir ki, bu barədə “Sabaha saxlamayaq” verilişində Səhiyyə nazirliyinin eksperti, terapevt Zakir Quliyev bildirib.


“Böyük ehtimal virus mutasiyaya uğraya-uğraya gedəcək. Necə ki, qrip virusu hər il mutasiyaya uğrayır, ÜST bu ştamlara qarşı yeni vaksinlər icad edir.

Pandemiya anlayışı 2022-ci ilin sonuna kimi aradan qalxacaq. Biz ÜST-dən bu açıqlamanı gözləyirik.

Əgər bu gün ümumi əhalini testdən keçirmiş olsaq, gündə qripə yoluxan insanlarımız daha çoxdur nəinki kovid... Qrip də yüngül virus hesab olunmur.

Məncə, bütün dünya koronavirus pandemiyasını geridə qoydu. Amma insani, vicdani məsələlər var. İnsan özünü narahat hiss edirsə, xəstələnibsə, özü ilə məsul davransın, başqalarını yoluxdurmamağa çalışmalıdır.

Hətta qrip olsanız belə... Ola bilər, qrip səndə yüngül keçsin, amma hansısa ağır xəstəliyi olan, zəif bir insanı yoluxdurub, onun ölümünə səbəb ola bilərsən.

İstənilən yuxarı tənəffüs yolları xəstəliyi simptomları gördünüzsə, özünüzü təcrid etməlisiz. Buna artıq vərdiş etməliyik”.