Koronavirusun daha bir yeni ştammı yarandı

  • 2021.11.15 17:48
  • 1106 Baxış
Koronavirusun daha bir yeni ştammı yarandı

Norveçdə koronavirusun “Delta” ştammının yeni variantı qeydə alınıb.

Bu barədə Norveçin Milli Səhiyyə İnstitutu məlumat yayıb.

Mütəxəssislər qeyd edir ki, peyvənd orqanizmi yeni ştammdan etibarlı şəkildə qoruyur.

Bildirilir ki, yeni ştamm hələ iyun ayında Norveçin Milli Səhiyyə İnstitutunun mütəxəssisləri tərəfindən aşkar edilib və bundan az sonra ölkənin müxtəlif yerlərində qeydə alınıb.

Hazırda yeni ştamm “AY.63” etiketini alıb.