Koviddən komaya düşən qadını Viaqra ilə sağaltdılar

  • 04 Yan 2022 15:19
  • 641 Baxış
Koviddən komaya düşən qadını  Viaqra ilə sağaltdılar
Britaniyanın COVID-19 səbəbilə komaya düşən tibb bacısı Monika Almeyda “Viaqra” iynəsi vurulduqdan sonra özünə gəlib.

O, peyvəndin hər iki dozasını almasına baxmayaraq, koronavirusu ağır keçirərək reanimasiya şöbəsinə düşüb.

Hadisə katoliklərin Milad bayramı ərəfəsində baş verib. Həkimlər ona daha çox erektil disfunksiya ilə əlaqəli olan “Viaqra” dərmanı vurublar.

Onlar xəstənin “Viaqra” ilə ayılmasını “kiçik Milad möcüzəsi” adlandırıblar.