Latviyada kovidə görə fövqəladə vəziyyət elan edildi

  • 2021.10.08 14:08
  • 1124 Baxış
 Latviyada kovidə görə fövqəladə vəziyyət  elan edildi
Latviya Dövlət Operativ Tibbi Komissiyası koronavirus səbəbiylə respublikanın səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

Qeyd olunur ki, fövqəladə vəziyyət elan edilməsi ölkənin hər yerindəki xəstəxanalara COVID-19 xəstələrinə kömək üçün resurslarından sərbəst şəkildə istifadəyə imkan yaradacaq.

Latviyanın səhiyyə naziri Daniel Pavluts xəstəxanalarda tibbi kadr çatışmazlığının olduğunu deyib:

“Əlavə avadanlıq gətirə bilərik, ancaq bu avadanlıqla işləyə biləcək insanların sayını artıra bilmərik”.

Pavluts əlavə edib ki, ölkə hakimiyyəti xəstələrin müalicəsi üçün beynəlxalq yardım istəmək imkanını nəzərdən keçirir.