Məşhur aparıcı qəfildən öldü

  • 2022.01.12 15:42
  • 2032 Baxış
Məşhur aparıcı qəfildən öldü

Məşhur rusiyalı televiziya aparıcısı Mixail Zelenski 46 yaşında vəfat edib.

Bu barədə “Rossiya-Kultura” telekanalının rəhbərinin müavini Aleksandr Yefimoviç özünün “Facebook” səhifəsində məlumat verib.

“Xatirəsi əbədi olsun...Teleaparıcımız Mixail Zelenski 46 yaşında vəfat edib”.

A.Yefimoviç əlavə edib ki, aparıcı qəfildən dünyasını dəyişib.

“Rossiya-24” telekanalının rəhbərliyi hələlik Mixail Zelenskinin hansı şəraitdə öldüyü barədə məlumat verilməyib.

Bəzi məlumatlara görə, o, Dominikan Respublikasında tətildə olarkən vəfat edib.