Metroda kovid vaksinasiyasına başlanıldı

  • 15 Noy 2021 14:53
  • 219 Baxış
Metroda kovid vaksinasiyasına başlanıldı

Misirdə koronavirusa qarşı vaksinasiyanın sürətləndirilməsi məqsədilə paytaxt Qahirədəki metro stansiyalarında peyvənd məntəqələri yaradılıb.

Ölkənin səhiyyə naziri Xalid Əbd əl-Qaffarın sözlərinə görə, analoji məntəqələr dəmiryol vağzalları və ticarət mərkəzlərində də fəaliyyətə başlayacaq.

Qeyd edək ki, noyabrın 15-dən etibarən Misirdə peyvənd olunmayan dövlət qulluqçuları iş yerlərinə buraxılmayacaq. Dekabrın 1-dən isə vaksinasiyadan keçməyən ölkə vətəndaşlarının dövlət müəssisələrinə girişi qadağan ediləcək.