Meymunçiçəyi üçün testlər hazırlanır

  • 27 May 2022 16:10
  • 758 Baxış
Meymunçiçəyi üçün testlər hazırlanır

ABŞ-ın əczaçılıq şirkəti "Abbott Laboratories" meymunçiçəyi xəstəliyinin müəyyən edilməsinə kömək edə biləcək tibbi testləri hazırlayır.

Medicina.az xəbər verir ki, bu barədə şirkətin nümayəndəsinə istinadən "Reuters" agentliyi məlumat yayıb.


Onun sözlərinə görə, şirkət ictimai səhiyyə və elm sahələrindəki tərəfdaşlarına test dəstləri təqdim edəcək. "Vəziyyət inkişaf etdikcə, əlavə test ehtiyaclarını ödəmək üçün tədbirlər görəcəyik".