Pandemiyanın sonuna az qalıb - ÜST rəhbəri

  • 2022.09.15 15:44
  • 1091 Baxış
Pandemiyanın sonuna az qalıb  - ÜST rəhbəri


ÜST direktoru Tedros Adhanom jurnalistlər qarşısında çıxış edib.


"Medicina" xəbər verir ki, o, Covid pandemiyasının sonunun üfüqdə göründüyünü bildirib.


"Biz heç vaxt konkret olaraq pandemiyanın bitməsi mövqeyimizi sərgiləməmişik. Çünki biz buna hələ çatmamışıq, amma son artıq görmə dairəmizdədir.

Koviddən ölüm statistikası pandemiya tarixində ən minimal həddə düşüb.

Ötən həftə hər 1 dəqiqədə koviddən 1 insan yer üzündə vəfat edirdi.

Amma bu ötən illə müqayisədə ən yaxşı göstəricidir".

İnsanlar hələ də profilaktik tədbirlərə əməl etməlidir.

Aygün Musayeva