"Putin dünyada koronavirusu bitirib, hamı sağaldı" - Lukoşenko

  • 2022.04.13 17:41
  • 2745 Baxış
"Putin dünyada koronavirusu bitirib, hamı sağaldı"   - Lukoşenko

Rusiya Prezidenti Vladimir Putin dünyadakı koronavirusa son qoyub.

Medicina.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

“Hər şey bitəndən sonra düşünmək lazımdır. Vəziyyətin gərginləşməsi kiməsə sərf edir. Dünən Putinə deyirəm ki, “qulaq as, sənə halaldır, müharibə müharibədir, amma sən bir anda dünyada bütün koronavirusları bitirdin, hamı sağaldı”, deyə Belarus prezidenti vurğulayıb.

“İndi dünyanın dəyişməsi prosesi gedir. Pandemiya bunda hansı rolu oynadı? Mən hələlik bunu bilmirəm. Lakin onun böyük rol oynadığı fikrindəyəm. Yəqin ki, bu fakt olacaq. Biz hər şeyi yerinə qoyanda, nəticə çıxaracağıq. Lakin Belarusun tutduğu yol düzgün idi və bu yola indi tələbat var”.