Qaraciyər hepatitləri və sirrozda möcüzəvi çarə

  • 2022.02.03 14:57
  • 3033 Baxış
Qaraciyər hepatitləri və sirrozda möcüzəvi çarə
Solmazçiçəyi və ya ödotu ödqovucu təsir göstərir, mədəaltı vəzin şirə ifrazını stimullaşdırır, dispeptik əlamətləri azaldır.


Medicina..az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Elnur Eldaroğlu məlumat verib.

Həkimin sözlərinə görə, bu bitki xroniki xolesistit, hepatitlər, qaraciyər sirrozu, xolangit xəstəliyində istifadə olunur.


E. Eldaroğlu bildirib ki, ödotunu öd daşı zamanı istifadə etmək olmaz.

Resept:

1 çay qaşığı solmazçiçəyinin üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynama həddinə çatdırılır, otaq temperaturunda soyudulur, süzülür. Gündə 2-3 dəfə, hər dəfə 1/3 stəkan yeməkdən 10 dəq. əvvəl daxilə qəbul edilir.