Qobuda itlərin dişlədiyi uşaq reanimasiyadan palataya köçürüldü

  • 2024.03.11 10:50
  • 485 Baxış
Qobuda itlərin dişlədiyi uşaq reanimasiyadan   palataya köçürüldü
Qobuda itlərin dişlədiyi doqquz yaşlı uşaq bu gün reanimasiyadan palataya köçürülüb.

Medicina.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib.


Onun sözlərinə görə, pasiyentin vəziyyətində müsbət dinamika müşahidə olunur: "Hazırda müalicəsi palata şəraitində davam etdirilir".

Qeyd edək ki, hadisə martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. Uşaqda çoxsaylı yaralar müşahidə edilib və dərhal cərrahi müdaxilə edilib.