Qonşu ölkədə vəziyyət getdikcə pisləşir

  • 2021.11.06 10:37
  • 1226 Baxış
Qonşu ölkədə vəziyyət getdikcə  pisləşir
Gürcüstanda son sutkada daha 5 240 nəfərə koronavirus diaqnozu qoyulub, 68 nəfər vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 748 751-ə, ölənlərin sayı isə 10 368-ə yüksəlib.

Ötən 24 saat ərzində 2 235, ümumilikdə isə 684 154 nəfər müalicə olunaraq sağalıb.