Qonşu ölkədə yoluxma sayında kəskin artım

  • 2021.10.12 10:59
  • 1433 Baxış
Qonşu ölkədə yoluxma sayında  kəskin artım
Gürcüstanda ötən sutkada daha 4 774 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 1 623 nəfər sağalaraq evə buraxılıb, 37 pasiyent vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyası 640 357 nəfərdə aşkarlanıb. Onların 603 995-i sağalıb, 9 306-sı dünyasını dəyişib.