Rusiya sentyabrın sonu 4-cü dalğanın başlayacağını AÇIQLADI

  • 2021.09.15 13:17
  • 1502 Baxış
Rusiya sentyabrın sonu  4-cü dalğanın başlayacağını  AÇIQLADI

Rusiyada koronavirusun dördüncü dalğası sentyabrın sonunda başlaya bilər.

Bu sözləri rusiyalı immunoloq, fəlsəfə doktoru Nikolay Kryuçkov deyib.

Onun sözlərinə görə, sentyabr ayının sonunda yoluxma sayında nəzərəçarpacaq dərəcədə artım baş verə bilər.

“Təəssüf ki, bütün göstəricilərə görə artım başlamalıdır”.

O vurğulayıb ki, xəstəlik artımı böyük şəhərlərdən başlayacaq. Oktyabrın əvvəlində isə yoluxmada yüksək artım qeydə alınacaq və ölüm nisbəti də artacaq.