Rusiyada donuzlarda Afrika vəbası aşkarlandı

  • 2021.10.01 17:30
  • 991 Baxış
Rusiyada donuzlarda Afrika vəbası aşkarlandı
Rusiyanın Sverdlovsk rayonunda donuzlar arasında Afrikan vəbası yayılması aşkarlanıb.

Medicina.az xəbər verir ki, məlumatı regional Rosselxoznadzor təsdiqləyib.

Əyalətin 2 kəndində 3 donuz xəstəlikdən ölüb. Veterenarların laborator analizi göstərib ki, heyvanlarda Afrika vəbasının genomu var. Bu xəstəlik insan üçün hələ ki, keçici və təhlükəli deyil, amma donuzlar üçün ölümcüldür. Virusa qarşı vaksin və dərman mövcud deyil. Həmin ərazidə karantin təyin edilib və xəstəlik ocağının qapadılması üçün çalışılır.