Rusiyada koronavirusun "Kentavr" variantı aşkarlandı

  • 19 İyl 2022 15:32
  • 732 Baxış
Rusiyada koronavirusun "Kentavr" variantı    aşkarlandı


Rusiyada Omikron ştammının yeni BA.2.75 - "Kentavr" variantı aşkarlanıb.


Bakupost.az xəbər verir ki, bu barədə Rospotrebnadzorun növbəti mətbuat konfransında bildirilib.

"VGARus" viruslar bazasına 5 genom yüklənib. Onlar Kentarvr alt variantına daxildir.

"Materialın toplanması iyul ayında Moskvadan yığılıb" - deyə məlumatda deyilir.

Qeyd olunub ki, yoluxanlarda xəstəlik yüngül keçir.

Rusiyada yoluxanların artmasına səbəb BA4 və BA5 variantlarının yayılması ilə bağlıdır.

Xəstəlik kəskin respirator infeksiya kimi keçir.


Aygün Musayeva