Rusiyada kovid vaksini olunanlar arasında yoluxma artır - Ekspertlər səbəbi açıqladı

  • 2021.06.09 18:15
  • 1240 Baxış
Rusiyada kovid vaksini olunanlar arasında yoluxma artır -  Ekspertlər səbəbi açıqladı
Rusiyada hər iki dozanı almış tam vaksin olunmuş vətəndaşların koronavirusa yoluxma statistikası artır. Yeni yoluxanlar arasında peyvəndi tam bitirmişlər çoxalır.

Ekspertlər bunun səbəbini yeni ştamlarla bağlayır, çünki vaksin bu ştamlara qarşı həssas deyil.

Medicina.az xəbər verir ki, səhiyyə təşkilatının məsləhətçi mütəxəssisi Yevgeniya Kovalyova yeni ştamlarla yanaşı, hər orqanizmin, immunitetin fərdiyili də rol oynadığını da bildirib. Elə insan var peyvənd onun immunitetinini daha da gücləndirib, elə insan var, az təsir edir.

“Son günlər ölkə daxilində Sputnik V ilə peyvənd olunanların yoluxmasında kəskin qəfil artım müşahidə olunur.

Yoluxanlar xəstəliyi yüngül keçirir, amma yenə də 80% xəstələrdə pnevmoniya baş verib. Çox güman ki, ölkədə yeni ştamlar var və vaksin ondan müəyyən qədər qoruyur.

Peyvənd olunanların özünə arxayın olub daha qorunmaması da rol oynayır. Eləcə də hər peyvənd olunanda kifayət qədər antitelin yaranmaması da risk daşıyır”.