Rusiyada martdan bəri rekord yoluxma - Sutkada 30 min

  • 2022.08.17 18:32
  • 1448 Baxış
Rusiyada martdan bəri rekord yoluxma  - Sutkada 30 min

Rusiyada mart ayındakı rekord yoluxmadan sonra ilk dəfə koronavirus statistikasında kəskin artım qeydə alınıb.

Bakupost.az xəbər verir ki, sutka ərzində kovidin Omikron və yeni Kentavr ştammına yoluxanlar 30 mini keçib.

Ölənlər isə 60 nəfərdir.

Belə rəqəmlər yaz dalğasında qeydə alınmışdı.

Pandemiya başlayandan Rusiyada kovidə yoluxanların ümumi sayı 19 milyonu keçib.

Ən çox yoluxma iri şəhərlərdə, paytaxt Moskvadadır.

Operativ qərargah tibb müəssisələri, qapalı məkanlarda maska taxmağı tövsiyə edir.

Aygün M