Şəkidə yeni doğulan körpə öldü

  • 2024.03.11 10:22
  • 526 Baxış
Şəkidə yeni doğulan  körpə öldü
Şəkidə Regional Perinatal Mərkəzdə ölüm faktı qeydə alınıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Qalibə Cavadova fevral ayının 13-ü tarixində dünyaya uşaq gətirib.

Yeni və vaxtsız doğulan uşaqda qüsurlar olduğu üçün Şəkidə Regional Perinatal Mərkəzinə yerləşdirilib. Aparılan müdaxilələrə baxmayaraq körpə mart ayının 9-u dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.