Sərt karantin rejimi daha iki həftə uzadıla bilər - RƏSMİ

  • 2020.07.17 00:03
  • 24511 Baxış

Azərbaycanda sərt karantin rejiminin daha 2 həftə uzadılması nəzərdə tutulur.

Medicina.az xəbər verir ki, bu barədə AzTV-də Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov bildirib.

"Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargah bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edib. Biz karantin rejiminin əlavə 2 həftə uzadılmasını nəzərdə tutmuşuq. Buna məcburuq", - deyə Mövsümov qeyd edib.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Zəka” Ziyalılar Məclisi İctimai Birliyi tərəfindən həyata keçirilən “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində yayımlanıb.