Hipertoniya təkcə böyüklərə deyil, gənclərə, hətta uşaqlara da təsir edir.
Medicina.az xəbər verir ko, bu barədə türkiyəli kardioloq Dr.Ercan Türk deyib.
Dr. Türk, bu vəziyyətin artan piylənmə nisbətləri və oturaq həyat tərzi ilə yaxından əlaqəli olduğunu ifadə edib.
"Hipertoniya infarkt, insult, ani ölüm və böyrək çatışmazlığı kimi ciddi sağlamlıq problemlərinin ən əhəmiyyətli risk faktorlarıdır. Bəzi fərdlərdə baş ağrısı, başgicəllənmə, ürək döyüntüsü, tinnitus, burun qanaması və görmə pozğunluğu kimi əlamətlər ola bilər. Lakin bu şikayətlər adətən xəstəlik irəlilədikdə baş verir".
Həddindən artıq duz qəbulu hipertoniyanın yayılmasında təsirli olduğunu vurğulayan Türk, "Hazır qidalar, turşular, işlənmiş ətlər və fast foodlar gizli duz qaynaqlarıdır. Duz qəbulunu gündə 5 qramdan aşağı salmaq, duzu süfrədən çıxarmaq və yeməklərə ədviyyat qatmaq bu istiqamətdə mühüm addımlardır", deyə əlavə edib.
Dr.Türk, son illərdə bu xəstəliyin gənclər və uşaqlarda daha çox yayıldığını bildirib.
"Ona görə də təkcə yaşlılar deyil, bütün yaş qrupları mütəmadi olaraq sağlamlıq müayinəsindən keçməlidir. Sağlam qidalanma, idman, siqaretdən uzaq durmaq və ideal çəki saxlamaq kimi həyat tərzinin dəyişməsi hipertoniyanın qarşısının alınması və müalicəsində həyati əhəmiyyət kəsb edir".
Türk hipertoniya erkən diaqnoz qoyulub nəzarət altına alınarsa ciddi sağlamlıq problemlərinin qarşısı alına biləcəyini ifadə edərək, hər kəsin mütəmadi olaraq qan təzyiqinin ölçülməsi lazım olduğunu sözlərinə əlavə edib.
Aygün
Medicina.az