Həkimlər ürəyin qocalmasının sirrini açıblar.
“Medicina” xəbər verir ki, Böyük Britaniyadan olan tədqiqatçılar bəzi insanların ürəklərinin bioloji yaşından daha yaşlı olduğunu bəyan ediblər.
Onlar hesab edirlər ki, miokardın vaxtından əvvəl qocalması birbaşa insanın həyat tərzi ilə bağlıdır.
Britaniyalı həkimlərin yeni layihəsi bəzi kişi və qadınların ürəklərinin özlərindən, pasport yaşından daha yaşlı olduğunu ortaya çıxarıb.
"Əldə edilən məlumatlar göstərir ki, kişilərin təxminən 18% -i və 50 yaşdan yuxarı qadınların 14% -nin ürəkləri 10 yaş böyükdür".
Böyük Britaniyada hər il infarktdan ölənlərin dörddə biri yaşı 75-dən aşağı olan insanlardır. Alimlər əmindir ki, bu infarkt qurbanları həyat tərzini dəyişsəydilər, bu ölümlərin əksəriyyətinin qarşısını almaq olardı.
Mütəxəssislər yaşı 30-dan yuxarı olan 1,2 milyon insan haqqında məlumatları təhlil edərək belə nəticəyə gəliblər ki, kişilərin 83%-i və qadınların 73%-i vaxtından əvvəl ürək qocalmasından əziyyət çəkir.
Həkimlərin fikrincə, 50-dən yuxarı yaş qrupu bu vəziyyətə ən həssasdır - məhz bu yaşda infarkt, insult və ürək dayanması riski əhəmiyyətli dərəcədə artır.
Tədqiqatın müəllifləri müəyyən ediblər ki, 50 yaşında olan demək olar ki, hər beş kişidən birinin ürəyi 60 yaşındakı bir insanın ürəyinə bərabərdir. Ürək-damar sağlamlığına ziyan ən çox piylənmə, pis qidalanma və fiziki hərəkətsizlikdən qaynaqlanır.
Aygün Musayeva