ABŞ-ın Stenford Universitetinin tədqiqatçıları qeyd ediblər ki, müəyyən qrup xəstələr üçün müalicə işgəncədir, bu insanlar yalnız palliativ qayğıya ehtiyac duyurlar.
“Medicina” xəbər verir ki, alimlər xəstənin tezliklə öləcəyini 90% dəqiqliklə proqnozlaşdıra bilən proqram hazırlayıblar.
Tədqiqatçılar amerikalıların təxminən 80%-nin ailələrinin əhatəsində dinc şəkildə ölmək istədiyini, lakin onların 60%-nin çətin, lakin nəticədə faydasız prosedurlara məruz qaldıqları xəstəxanalarda, reanimasiya otaqlarında komada öldüyünü göstərən məlumatlar təqdim edib.
Tərtibatçılar tərəfindən yaradılan proqram 2 milyon böyük və uşaqların məlumatlarına əsaslanaraq sağ qalmağı proqnozlaşdıra bilir. Bu proqram xəstənin növbəti üç aydan bir ilə qədər öləcəyini yüksək dəqiqliklə proqnozlaşdırmağa imkan verir.
Hazırlanmış alqoritm terminal diaqnozu olan xəstələrə şamil edilir. Alimlərin fikrincə, belə xəstələr ölümdən bir neçə ay əvvəl ağrıları aradan qaldırmağa və psixoloji dəstək almağa başlamalıdır.
Hazırda yeni metodun sınaqdan keçirilməsi planlaşdırılır. Bu, belə bir sistemin reanimasiyada öz iradəsinə zidd olaraq ölən xəstələrin sayına təsir edib-etməyəcəyini müəyyən etməyə kömək edəcək.
Aygün Musayeva