Mütəxəssislər göbələk zəhərlənməsi ilə bağlı xəbərdarlıq edirlər.
Medicina.az xəbər verir ki, türkiyəli mütəxəssis Dr. Həsən Burak Kaya insanları göbələk zəhərlənmələrinə qarşı xəbərdar olmağa çağırıb.
Doktor Kaya göbələk zəhərlənməsinin əlamətlərini açıqlayıb: "Ürəkbulanma, qusma, qarın ağrısı, qaraciyər və böyrəklərə təsir edən 24 saatdan çox davam edən ciddi zəhərlənmələr. Belə hallarda dərhal həkimə müraciət edin. Göbələyi görünüşünə baxıb zəhərli olub-olmadığını ayırd etmək olmur. Bilmədiyiniz göbələyi qətiyyən yeməyin".
Havaların soyuması ilə əlaqədar olaraq "Dəm qazı qoxusuz, rəngsiz və zəhərli bir qazdır. Yanlış quraşdırılmış sobalar, tıxanmış bacalar və nasaz su qızdırıcıları ciddi zəhərlənmələrə səbəb ola bilər" deyən Dr. Kaya qışdan əvvəl su qızdırıcılarının, bacaların, kombilərin təmizlənməsinin vacibliyini vurğulayıb.
O, həmçinin ərazini havalandırmağı, evi tərk etməyi və zəhərlənmə şübhəsi yaranarsa həkimə müraciət etməyi tövsiyə edib.
Aygün
Medicina.az