Beyin qanamasının ilk əlamətləri

  • 2025.10.04 11:30
  • 189 Baxış
Beyin qanamasının  ilk əlamətləri

Beyin qanaması ani və ağır nəticələrə səbəb ola biləcək bir sağlamlıq problemidir. Qəfil baş verən dözülməz baş ağrısı və nitqin pozulması kimi simptomlar həyat üçün təhlükə yarada bilər. Bu simptomların erkən tanınması həyat qurtarır.

Medicina.az xəbər verir ki, beyin qanaması beyin toxumasında və ya beyni əhatə edən boşluqlarda qan yığıldıqda baş verir.

Qan beyin toxumasına təzyiq edir, sinir sisteminin işini pozur və vəziyyət bir neçə saniyə ərzində pisləşir.

Buna görə erkən simptomları tanımaq çox vacibdir. Ani başlayan baş ağrısı, nitqin pozulması və ya bədənin bir tərəfində uyuşma kimi simptomlar çox vaxt ilk xəbərdarlıq əlamətidir.



Beyin qanamasının ilk əlamətləri...

1. Ani baş ağrısı

Ani qəfil başlayan və şiddətli hiss edilən baş ağrısı ən əhəmiyyətli xəbərdarlıq əlaməti hesab olunur.

2. Bədənin bir tərəfində uyuşma

Qolda, ayaqda və ya üzdə ani başlayan zəiflik və ya uyuşma beyin zədələnməsini göstərir və dərhal müdaxilə tələb edir.

3. Nitqin pozulması

Sözləri deyə bilməmək, nitq pozğunluğu və ya başqalarını anlamaqda çətinlik ilk simptomlar arasındadır.



4. Bulanıq görmə

Bir və ya hər iki gözdə qəfil bulanıq görmə, ikiqat görmə və ya görmə itkisi baş verə bilər.

5. Huşunu itirmə

Gəzərkən büdrəmək, ayaq üstə durmaqda çətinlik çəkmək və ya qəfil yıxılma beyin qanamasının əlaməti ola bilər.



6. Ürək bulantıları və qusma

Şiddətli baş ağrısı ilə birlikdə ürəkbulanma, qusma və boyun sərtliyi də baş verə bilər.

7. Yuxu

Əgər insan yuxuya daha çox meylli olarsa, diqqətsizlik hiss edərsə və ya qısa müddət ərzində huşunu itirmə yaşayarsa, vəziyyət daha da ağırlaşır.



8. Tutmalar

Əvvəllər heç vaxt belə bir halı olmayan bir insanda birdən-birə baş verən tutma beyin qanamasını göstərir.



9. Göz bəbəklərində genişlənmə

Bir göz bəbəyinin digərinə nisbətən böyüməsi və ya işığa fərqli reaksiyası təcili xəbərdarlıq sayılır.



10. Baş travmasından sonra pisləşmə

Baş zədəsindən sonra bir müddət yaxşı görünən bir adamda ani pisləşmə, qusma, huşunu itirmə və ya tarazlığın itirilməsi qanaxma riskini artırır.

Aygün
Medicina.az