Şimali Koreyada kovidə rekord yoluxma - Milyonu keçdi

  • 2022.05.17 14:10
  • 1428 Baxış
Şimali Koreyada kovidə  rekord yoluxma  - Milyonu keçdi

Şimali Koreya lideri Kim Çen In koronavirusun yayılması fonunda dərmanları əhaliyə vaxtında çatdırmadıqlarına görə məmurları qınayıb.

Medicina.az xəbər verir ki, paytaxt apteklərinin dərman təminatını stabilləşdirmək üçün orduya səfərbərlik əmri verilib.

Son sutka ərzində KXDR-də daha səkkiz nəfər koronavirusun yaratdığı xəstəliyin fəsadlarından dünyasını dəyişib. Bununla da ölənlərin ümumi sayı 50-yə çatıb. 392 920 nəfərdə qızdırma əlamətləri aşkar edilib. Belə xəstələrin ümumi sayı 1,21 milyon nəfərə çatıb, onlardan azı 564 860 nəfərin müalicəsi davam etdirilir, 648 630 nəfərdən çoxu isə tam sağalıb.