Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sumqayıtdakı silahlı hücumda yaralananların vəziyyəti açıqlandı

  • 2023.10.28 10:59
  • 2014 Baxış
Sumqayıtdakı silahlı hücumda yaralananların  vəziyyəti açıqlandı
Sumqayıt şəhərinin 16-cı mikrorayonunda baş verən hadisə ilə əlaqədar saat 06:05 radələrindən başlayaraq 4 nəfər müxtəlif növ bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər.


Sumqayıt Tibb Mərkəzindən Medicina.az -a bildirilib ki, onlardan Türkiyə vətəndaşı 1985-ci il təvəllüdlü Sərkan Karakuş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir.


1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.