Tibbdə süni intellekt inqilabı

  • 2024.03.29 19:56
  • 522 Baxış
Tibbdə süni intellekt inqilabı
Böyük Britaniyanın Lester Universitetinin alimləri mədəcik aritmiyasını aşkar etmək üçün süni intellektdən yararlanıblar.

Medicina.az xəbər verir ki, süni intellekt alqoritmi ürəyin aşağı hissələrində anormal elektrik siqnalları nəticəsində yaranan təhlükəli ritm pozğunluğu ilə bağlı məlumatlarla “qidalanıb”. Belə ki, alimlər 270 yetişkinin elektrokardioqram (EKQ) məlumatlarını süni intellektə təqdim ediblər.

Sınaq zamanı süni intellekt təhlükəli aritmiya meylini təxminən 80% dəqiqliklə müəyyən edə bilib.

Bu diaqnostik üsulun riski müəyyən etmək və qəfil ölümlərin qarşısını almaq üçün daha effektiv metodların işlənib hazırlanmasına kömək edə biləcəyi qeyd olunub.

Qeyd edək ki, aritmiya sürətli ürək döyüntüsü ilə xarakterizə olunur. Bu da qan təzyiqinin kəskin azalmasına və sonradan şüurun itirilməsinə gətirib çıxarır.

Tədqiqatın nəticələri "European Heart Journal-Digital Health"də dərc olunub.


Aysel