Türkiyədə əyani təhsilin bərpası təxirə salındı

  • 2021.03.01 17:27
  • 1217 Baxış
Türkiyədə əyani təhsilin bərpası təxirə salındı

Türkiyə məktəblərində əyani təhsilin bərpası bu günə planlaşdırılsa da, bölgələrdəki epidemioloji vəziyyətlə əlaqədar olaraq məktəblərin açılışı martın 2-nə təxirə salınıb.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Ziya Səlçuk açıqlama verib.

“Məktəblərin açılış təqvimindəki 1 günlük gecikmə üçün bütün vətəndaşlarımızdan üzr istəyirəm. Son bir neçə gündə bəzi bölgələrdə müşahidə olunan yoluxma artımı yenidən qiymətləndirmə zərurəti yaradıb. Sağlamlıq prioritetimizdir. Səbriniz və anlayışınız üçün təşəkkür edirik”,- deyə Ziya Səlçuk qeyd edib.