Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • 2021.02.22 23:12
  • 1278 Baxış
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Türkiyədə son sutka ərzində 78 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.


Nazirin sözlərinə görə, 8104 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 28 138 , virusa yoluxanlar isə 2 646 526 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 529 450 pasiyent (son sutkada 5690 nəfər) sağalaraq evə buraxılıb.