Uşaqlarda virus infeksiyaları zamanı nə etməli?- Alman metodikası ilə müalicə

  • 2020.08.12 15:59
  • 25915 Baxış
Uşaqlarda virus infeksiyaları zamanı nə etməli? -  Alman metodikası ilə müalicə


Kəskin respirator virus infeksiyası uşaqlar arasında geniş yayılmış patologiyadır (ildə 6-10 epizod) və müxtəlif dərman preparatlarının kompleks şəklində istifadəsini tələb edir, bu da immunbioloji rezistentliyə, eləcə də əlavə effektlərin geniş spektrinin inkişafına gətirib çıxarır. Yüksək səviyyəli təhlükəsizliyə malik effektiv dərman preparatlarına Heel şirkətinin kompleks biotənzimləyici preparatları aiddir.

Müxtəlif etiologiyalı kəskin respirator virus infeksiyaları oxşar epidemioloji, patogenetik və kliniki xüsusiyyətlər daşıyır. KRVİ-nin etioloji strukturu kifayət qədər (olduqca) heterogendir. 200-dən çox müxtəlif virus xəstəlik törədicisi ola bilər, ən çox qrip virusu (A, B, C növü), paraqripp (4 növü), adenoviruslar (40-dan çox serotiplər), respirator-sinsitial virus, rinovirus, daha az – koronaviruslar, metapnevmoviruslar, bokaviruslar ola bilər. Təqribən 10% halda KRVİ bakterial infeksiya ilə ağırlaşa bilər.


Tez-tez baş verən infeksiyalar allergiyaya, orqanizmin reaktivliyinin azalmasına səbəb olur, uşağın fiziki və psixomotor inkişafına neqativ təsir edir, LOR-orqanların və bronx-ağciyər sistemində iltihabın xronikləşməsinə gətirib çıxarır. KRVİ-nin tezliyinin və müddətinin azalması, həmçinin bakterial ağırlaşmaların sayı vaxtında təyin edilmiş və adekvat müalicədən asılıdır, bu müalicə kompleks olmalı və hər konkret hadisəyə individual yanaşılmalıdır.



KRİ-nin (kəskin respirator infeksiyaların) virus etiologiyalı olmasını nəzərə almaqla, etiotrop terapiyanın əsasını virusəleyhinə preparatlar təşkil etməlidir. Lakin, əksər respirator viruslar üçün pediatrik praktikada yüksək effektli və təhlükəsiz kimyəvi preparatlar hələki yoxdur. KRVİ-nin müalicəsində interferonun (İFN) preparatları və onların induktorları geniş tətbiq olunmaqdadır. Amma virus infeksiyalarının yüngül formasında (xüsusən rekombinant İFN-də) onların istifadəsi qeyri-rasional hesab edilir.


Bundan əlavə, effektlər: İFN-nin induktorlarının qəbulu nəticəsində orqanizmdə hiporeaktivlik, yüksək toksiklik, DNT ilə davamlı komplekslər yarana bilər. Yuxarıda deyilənlərə əsasən bu preparatların profilaktik məqsədlə, yüngül formalı KRVİ-də, həmçinin erkən yaşlı uşaqlarda istifadəsi məhdudlaşdırılır. KRVİ kimi əhəmiyyətli sosial problem ilə mübarizədə artıq çoxdandır ki, bütün dünyada biotənzimləyici preparatlardan uğurla istifadə olunur. Təhlükəsizliyi və kliniki effektivliyi sübut olunmuş bu preparatların istifadəsinə, uşaqlarda, xüsusilə erkən yaşlarda və ağır komorbid vəziyyətlərdə üstünlük verilir. Pediatrik praktikada KRVİ-nin terapiyasında Viburcol preparatı rektal şam formasında geniş yer almışdır.




Viburcol – kompleks biotənzimləyici preparatdır; o, kiçik pasiyentlər tərəfindən yaxşı qəbul edilir və infeksiyanın ilkin mərhələsində orqanizmə təsir edir. Preparat ağrıkəsici, spazmolitik, sedativ və dezintoksikasion təsir göstərir.


Preparatın özəlliyi, orqanizmin müdafiə potensialını dəstəkləmək, spesifik simptomatikanı və intoksikasiyanı aradan qaldırmaqdan ibarətdir. Onun istifadəsi bədən hərarətinin kəskin düşməsi ilə müşayiət olunmur, yəni o, birbaşa hərarətsalıcı vasitə deyildir (qeyri-steroid iltihabəlethinə, birbaşa qızdırmanı salan vasitələrdən fərqli olaraq). O, parasetamol ilə müqayisədə daha üstün terapevtik potensiala və yaxşı dözümlülüyə malikdir.

Belə ki, infeksiyanın ilkin inkişaf mərhələsində Viburcol təyin etdikdə digər ağrıkəsici və iltihabəleyhinə vasitələrin istifadəsi vacib sayılmır. Viburcol qızdırmanı müəyyən qədər azaldaraq orqanizmin əsas müdafiə mexanizmlərinin daha effektiv işləməsinə imkan yaradır. Əsas xəstəliyin gedişi yüngülləşdikcə hərarət tədricən azalır. Preparatın yeni doğulmuş uşaqlarda istifadəsinə icazə verilir; doza uşağın yaşına görə seçilir.





Uşaqlarda soyuqdəymə xəstəliyinin müalicəsində Engystol, Gripp Heel, Euhporbium compozitum, Angin Heel kimi digər biotənzimləyici preparatlardan da istifadə olunur. Engystol və Gripp Heel İFN və İFN induktorları kimi preparatların alternativi olub, çoxsaylı respirator viruslara qarşı aktivliyə malikdir.


Virus mənşəli rinit və sinusitlərdə intranazal istifadə üçün sprey formasında olan Euhporbium compozitum öz effektivliyini sübut etmişdir.

Spreyin tərkibinə təbii komponentlər daxildir ki, onlar da ənənəvi müalicə metodlarının alternativi olub, uşaqlar tərəfindən yaxşı qəbul edilir və daha az əks-göstərişi vardır.

KRVİ-də yuxarı tənəffüs yollarının selikli qişasında iltihabi prosesin terapiyasında Angin-Heel effektivdir. Preparat bitki, heyvan və mineral mənşəli komponentlərdən ibarət olub, immunmoduləedici, dezintoksikasion və antibakterial təsir göstərir. O, dilaltı tablet şəklində buraxılır, 3 yaşdan istifadəsinə icazə verilir və kiçik pasiyentlər tərəfindən yaxşı mənimsənilir.

Heel şirkətinin kompleks biotənzimləyici preparatları effektivdir və ekonomik cəhətdən medikamentoz terapiyanın əsaslandırılmış əvəzedicisidir, yaxud ona əlavə olaraq təyin edilir.


Profilaktika üçün və KRVİ-nin ilkin simptomlarında Engystol və Gripp Heel orqanizmdə immun müdafiə mexanizmlərini aktivləşdirir; hərarətin və narahatlığın aradan qaldırılması üçün Vuburcol preparatından istifadə oluna bilər; rinitdə Euphorbium compositum-un nazal spreyinin istifadəsi effektivdir; udlaqda iltihabı prosesin qoşulmasında Angin-Heel preparatının istifadəsi məqsədəuyğundur.



Bütün preparatlar sübutlu effektivliyə, geniş spektrli göstərişlərə, xoşgedişli təhlükəsizliyə malikdirlər, istifadəsi rahat olan formada buraxılır, bu da onların pediatrik praktikada, KRVİ-nın müalicəsində geniş tətbiqinə imkan yaradır.

Aygün Musayeva