ÜST yeni malyariya peyvəndini təsdiq etdi

  • 2021.10.08 14:04
  • 1698 Baxış
ÜST yeni malyariya peyvəndini  təsdiq etdi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) malyariya əleyhinə 30 illik hazırlıqdan sonra gözlənilən peyvəndi təsdiq edib.

Medicina.az xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

“Çoxdan gözlənilən peyvənd uşaq sağlamlığı istiqamətində və malyariya ilə mübarizədə elmi sıçyarışdır. Malyariyanın qarşısının alınmasının mövcud üsullarına əlavə olaraq peyvənd istifadə edilməsi hər il minlərlə gəncin həyatını xilas etməyə kömək edəcək”, - ÜST rəhbəri qeyd edib.

O əlavə edib ki, 21-ci əsrdə malyariyadan ölüm nisbətini iki dəfə azaltmaq və bəzi ölkələrdə onu tamamilə aradan qaldırmaq mümkün idi, lakin bu xəstəlikdən hələ də hər il 200 milyon yoluxma hadisəsi və 400 min ölüm faktı qeydə alınır və bunun 2/3 hissəsi afrikalı uşaqların payına düşür.

“Malyariya peyvəndinin inkişaf etdirilməsi 30 il çəkdi, bu, ictimai sağlamlıq tarixini dəyişdirəcək. Qarşıda hələ çox yol var, amma biz irəliyə doğru böyük bir addım atmışıq”, - Qebreyesus bildirib. /publika.az/