Xərçəng dərmanlarının içinə su tökdülər - Araşdırma aparılır

  • 2023.03.06 10:13
  • 1030 Baxış
Xərçəng dərmanlarının içinə su tökdülər -  Araşdırma aparılır
Türkiyə xəstəxanalarının birində xərçəng dərmanları oğurlanıb.


Bakupost.az xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

Dərmanları oğurlayan 5 səhiyyə işçisi saxlanılıb.

Oğurlandığı məlum olmasın deyə, dərmanların yerinə su doldurulub.

İşçilər dərmanları 5 milyon lirəyə (451 min 745 manat) satıb.

Məsələ ilə bağlı İstanbul Respublika Baş Prokurorluğunda araşdırma aparılıb.

Aptek, ev və nəqliyyət vasitələrində edilən axtarışlar zamanı həbs olunmuş şübhəlilərə aid 4 min 401 dollar (7 min 481 manat), 30 avro (54 manat), 20 funt-sterlinq (40 manat), 70 min 435 lirə (6 min 363 manat) və 222 qutu xərçəng dərmanı ələ keçirilib.