Yatanda hədsiz tərləyirsizsə, Omikron ola bilərsiz

  • 13 İyl 2022 17:27
  • 609 Baxış
Yatanda hədsiz tərləyirsizsə,      Omikron ola bilərsiz
Dünyada 6,3 milyondan çox insanın həyatına son qoyan koronavirusun mutasiyaya uğramış ştamlarının alt tip və variantları yayılmaqda davam edir.


Medicina.az xəbər verir ki, alimlər koronovirusun ən mutasiyaya uğramış alt variantı olan BA.5-in yeni simptomlarını açıqlayıb.

Biokimya professoru Luke O'Neill bildirib ki, Omikron variantı BA.5 alt tipinin yeni bir simptomu aşkar olunub və bu, həyat keyfiyyətinə mənfi təsir göstərir. Triniti Kollecinin professoru bu barədə İrlandiya mediasına danışıb. Koronavirusun dəyişdiyini deyən O'Neillinin sözlərinə görə, yeni yoluxanlarda əvvəllər qeydə alınmayan simptomlara rast gəlinir. O, hesab edir ki, virus immun sistemi ilə qarşılaşdıqdan sonra dəyişikliyə uğrayıb.

“BA.5 variantının digər əlaməti gecə yuxu zamanı həddindən artıq tərləmədir. Gecələr hamı tərləyir, lakin Omikron BA.5 variantına yoluxmuş insanlarda bu vəziyyət xeyli fərqlidir”, - ekspert qeyd edib.

İngiltərənin ictimai səhiyyə agentliyi NHS gecələr belə tərləmə yaşayan xəstələrin paltarlar və yataq dəstlərinin həddən artıq islandığını bildirib. /publika.az/