Yatmazdan əvvəl hansı meyvəni yeməli?

  • 2023.04.26 18:58
  • 2162 Baxış
Yatmazdan əvvəl hansı meyvəni yeməli?
Bu şirin meyvələr ağır yuxu həblərinini sağlam əvəzedicisidir. Asanlıqla yuxuya getməyə kömək edəcək.

“Medisina” xəbər verir ki, manqo yuxu həblərinə sağlam alternativdir.

Yatmazdan əvvəl manqo yediyiniz zaman bu şirin meyvənin zəngin olduğu fitokimyəvi maddələr beyinə bağlanaraq, tükənmiş neyrotransmitterləri bərpa edir.

Bu ona amin turşuları - qlisin, qlutamin və sistein, əlbəttə ki, fruktoza və qlükoza verir.

Alma: Mükəmməl gecə qəlyanaltısıdır. Alma çox miqdarda pektin təşkil edir. Bu maddə dərinin vəziyyətini yaxşılaşdırır, buna görə də səhər sağlam oyanırsınız.

Sadəcə almanın turş növlərini seçməyin, onlar mədə şirəsinin bol ifrazına səbəb olurlar.

Ananas: orqanizmi toksinlərdən təmizləyir və xolesterinin səviyyəsini normallaşdırır. Həm də dərinizin parlaq, aydın və sağlam görünməsini təmin edir.

Manqolar bədəni güclü və sağlam saxlayan vacib maddələrlə doludur..

Bununla belə, yadda saxlamaq lazımdır ki, manqonun tərkibində digər meyvələrdən daha çox təbii şəkər var.

Aygün Musayeva