Yayda kovidin vaksinlərə davamlı ştammı yayıla bilər - ÜST rəhbəri

  • 2022.06.04 17:30
  • 2148 Baxış
Yayda kovidin vaksinlərə davamlı ştammı yayıla bilər   - ÜST rəhbəri


“Hazırda SARS-CoV-2 virusunun yeni, daha virulent ştammının yaranması üçün real təhlükə var və o, mövcud vaksinlərin təsirindən yayına biləcək"


Medicina.az xəbər verir ki, ÜST baş direktoru Tedros Adhanom Gebreyesus mövcud peyvəndlərin təsirsiz olacağı yeni, daha təhlükəli COVID-19 ştammı barədə xəbərdarlıq edib.


O, ÜST-ün bəzi regionlardakı tendensiyalardan narahatlığını çatdırıb və qeyd edib ki, Afrika və Qərbi Sakit Okean regionunda ölüm hallarının sayı artmaqdadır.

“Pandemiyanın bitdiyini söyləmək hələ tezdir. O bitməyib”, - deyə Gebreyesus vurğulayıb.

Təşkilat rəhbəri virusun necə təkamül edəcəyini proqnozlaşdırmağın çox çətin olduğunu qeyd edib.