Yeni ştamma görə test hazırlandı

  • 2021.12.01 15:58
  • 1454 Baxış
Yeni ştamma görə test hazırlandı
Rusiyanın Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutu koronavirusun yeni ştammı "omikron"un aşkarlanması üçün xüsusi test hazırlayıb.

Medicina.az xəbər verir ki, bunu COVID-la mübarizə üzrə əlaqələndirmə şurasının rəyasət heyətinin iclasında qurumun sədri Anna Popova bildirib.

O, qeyd edib ki, yeni test üsulu nəinki bu və ya digər şəxsin COVID-19-a yoluxmasını aşkar etməyə, həm də virusun məhz "omikron" ştammına aid olmasını müəyyənləşdirməyə imkan verir.