Yeni və daha effektiv vaksinlərə ehtiyac var - ÜST

  • 2022.01.13 15:20
  • 1170 Baxış
Yeni və daha effektiv vaksinlərə ehtiyac var  - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən COVID-19 peyvəndlərinin performansını qiymətləndirmək üçün yaradılan Texniki Məsləhət Qrupunun verdiyi yazılı açıqlamada vaksinlərlə bağlı xəbərdarlıq edilib.


Medicina.az xəbər verir ki, COVID-19-a qarşı xatırlatma dozası ortaya çıxan mutasiyalar əleyhinə düzgün mübarizə strategiyası deyil.

Əldə edilən ilkin məlumatlar göstərir ki, peyvəndlər koronavirusun mutasiyasına yoluxmuş insanlarda daha az təsirlidir, lakin peyvəndlərin xüsusilə ağır xəstəliklərə qarşı qoruyuculuğu yüksəkdir. İnsanlarda həm xəstəliyin ağırlaşmasının, həm də yoluxma hallarının qarşısını almaq və gücləndirici dozanı azaltmaq üçün yeni vaksinlərin hazırlanması nəzərdə tutulub.

“Orijinal peyvəndin tərkibinin təkrar gücləndirici dozalarına əsaslanan peyvənd strategiyasının davam etdirilmə ehtimalı azdır. Ciddi xəstəliklərin və ölümün qarşısının alınması, həmçinin yoluxma və ötürülmənin qarşısının alınmasında yüksək təsirə malik COVID-19 peyvəndlərinə ehtiyac var”, - məlumatda deyilir.