Kisellə qastrit və xoranın müalicəsi – RESEPTLƏR

  • 2019.09.03 11:24
  • 18357 Baxış
Kisellə qastrit və xoranın müalicəsi –  RESEPTLƏR
Kisel müxtəlif məhsullardan hazırlanan qatı, şirəli içkidir. O, mədə-bağırsaq sistemini bərpa edir, mədədə yaranmış xora, qastrit, yaranı sağaldır. Eləcə də kisel mədəaltı vəzi üçün çox faydalıdır, onu sanki dirçəldir.

Evdə kisel hazırlamaq çox asandır.


Medicina.az müalicəvi təsirli 3 kisel reseptini təqdim edir:


1.Vələmir (ovsyanka) kiseli

 

Hazırlamaq üçün 3 litrlik balona 2 stəkan vələmir əlavə edib, üzərinə otaq temperaturunda 2 litr su tökürsüz. Sonra bura 70 qr təzə kefir qatıb, taxta qaşıqla qarışdırırsız. Ağzını tənziflə bağlayıb, 3 sutka qıcqırana kimi saxlayırsız. 3 gün sonra qarışım tənzifdən süzülür və soyuducuda 20 saat saxlanılır. Həmin su bankada 2 hissəyə ayrılacaq. Altda ağ qatı çöküntü, üzərində şəffaf maye. Həmin bu şəffaf hissə süzülür, qalan ağ kütləyə 2 stəkan su əlavə edib, zəif odda qaynayana kimi bişirilir. Sonda bal və ya mürəbbə qatılıb qarışdırılır.


2.Qarabaşaq (qreçka) kiseli


3 xörək qaşığı qarabaşaq döyülərək, un halına salınır. Bu unun üzərinə təmiz ilıq su alınıb, qarışdırılır. Emallı qaba 1 litr su alınır, zəif odun üzərinə qoyulur, bayaqkı qarabaşaqlı məhlul bu qaynayan suya aramla əlavə edib qarışdırın. 15 dəqiqə ərzində kiseli bişirin. Sona yaxın 1 qaşıq təmiz zeytun yağı əlavə edin.


3.Kətan toxumlu kisel


Çox təsirli, müalicəvi kiseldir. Bunun üçün kiçik qazanda 3 xörək qaşığı kətan toxumunu 2 stəkan suda qaynadın, üzərini tənziflə örtüb gecədən səhərə kimi saxlayın. Səhər bu qarışımı daha 5-7 dəqiqə qaynadıb, üzərinə 2 qaşıq bal və ya zeytun yağı əlavə edin. Bu kiseli yemək kimi qəbul edə bilərsiz.

 

 


Kisellə qastrit və xoranın müalicəsi –  RESEPTLƏR
Kisellə qastrit və xoranın müalicəsi –  RESEPTLƏR