Kişi polis avtomobilini penisi ilə sürüdü

  • 2026.05.06 23:23
  • 93 Baxış
Kişi polis avtomobilini penisi ilə sürüdü

Xərçənglə mübarizə aparan Britaniyalı kişi penisinə maşını bağlayıb, 40 metr sürüdü.


Medicina.az xəbər verir ki, rekord 50 yaşlı Con Stivenson tərəfindən qoyulub. Fevral ayında o, xayalığına bağlı maşını çəkib. O, həmçinin yanan maşını da sürüyüb:


"Mən artıq xayalarımla bir maşın çəkmişəm, hətta maşını da çəkmişəm. Sonra düşündüm ki, niyə bütün bunları birləşdirib penisimlə bir maşın çəkməyək?", - deyə britaniyalı bildirib.

Nəhayət, 30 apreldə o, penisinə kabellə bərkidilmiş Fransa polis maşınını 40 metr sürüdü. Bunu etməzdən əvvəl Stivenson maşına maye töküb yandırıb.

"Orada bir neçə cızıq var, amma hər şey yerindədir. Ümid edirəm ki, ciddi bir şey baş verməyib”.

Stivenson həmçinin qeyd edib ki, bir çoxları onun rekordlarını ağılsızlıq hesab edir, lakin o, bu rekordlardan prostat xərçəngi olan kişilərə dəstək olan təşkilat üçün pul toplamaq üçün istifadə edir.

Aygün Musayeva