Qayınana qızını vuran kürəkənini bıçaqlayaraq öldürdü - Dəhşətli hadisə

  • 2026.05.06 22:14
  • 277 Baxış
Qayınana qızını vuran kürəkənini bıçaqlayaraq öldürdü -  Dəhşətli hadisə

Türkiyədə dəhşətli cinayət baş verib.

Medicina.az xəbər verir ki, Kağıthanedə bir qadın kürəkənini bıçaqlayaraq öldürüb.



Hadisə saat 15:30 radələrində Çeliktepe məhəlləsində baş verib. İddiaya görə, barəsində qadağa qərarı olan Rüzgar Eser (33) boşanmaq üzrə olduğu həyat yoldaşı Nurşin E.-nin (28) evinə gəlib. İkisi arasında mübahisə tez bir zamanda qızışıb. Rüzgar Eser yanında olan sənədsiz silahdan istifadə edərək atəş açıb.
Həyat yoldaşı Nurşin E.-ni boynundan, yanağından və çənəsindən yaralayıb.

Bundan sonra Rüzgar Eser evdə olan baldızı Betül E.-yə (32) və anası Delal A.-ya (58) hücum etməyə başlayıb. Dava qızışdıqca Delal A. mətbəxdən bıçaq götürüb Rüzgar Eseri sinəsindən bıçaqlayıb.



Qonşuların xəbərindən sonra hadisə yerinə polis və tibb qrupları gəlib. Tibb işçiləri Rüzgar Eserin hadisədə öldüyünü müəyyən ediblər. Ağır yaralanan Nurşin E. ilkin müalicədən sonra Seyrantepe Hamidiye Təlim və Araşdırma Xəstəxanasına aparılıb.



Hadisə yerində polis qrupları tərəfindən aparılan araşdırma zamanı evdə hücumda istifadə edildiyi güman edilən sənədsiz tapança tapılıb. Bundan əlavə, cütlüyün 4 yaşlı bir qızının olduğu da məlum olub. Qayınanası tərəfindən bıçaqlanaraq öldürülən Rüzgar Eser hadisə yerində aparılan araşdırmalardan sonra Məhkəmə Tibbi Ekspertiza İnstitutunun morquna aparılıb. Hadisə ilə bağlı araşdırma başlanıb.

Aygün
Medicina.az