Kişi cinsi zəifdir, yoxsa xəyanət edir? - Necə ayırd etməli?

  • 2026.04.10 21:42
  • 187 Baxış
Kişi cinsi zəifdir, yoxsa xəyanət edir? -  Necə ayırd etməli?

Ailə münasibətlərində ən çətin və qarışıq suallardan biri budur: kişi həyat yoldaşı ilə yaxınlıqdan uzaqlaşırsa, bu onun sağlamlıq problemi ilə bağlıdır, yoxsa münasibətdən kənarda başqa bir əlaqənin göstəricisidir?

Bir çox kişi belə vəziyyətdə “məndə hər şey normaldır” deyir. Lakin qadın hiss edir ki, nəsə dəyişib. Bu dəyişimin səbəbini anlamaq isə həm emosional, həm də psixoloji baxımdan çox həssas məsələdir.

Medicina.az xəbər verir ki, kişilər üçün cinsi güc çox vaxt özünə inam və kimlik hissi ilə bağlıdır. Bu səbəbdən:

Cinsi zəifliyi qəbul etmək onlar üçün çətin olur
Utanc və ya “zəif görünmək” qorxusu yaşayırlar
Problemi inkar edib məsuliyyətdən qaçmağa çalışırlar.

Digər tərəfdən, əgər kişi həqiqətən kənarda münasibət yaşayırsa, bunu gizlətmək üçün də eyni cümlədən istifadə edə bilər:

“Problem məndə deyil”

Həqiqi cinsi zəiflik (potensiya problemi) necə olur?

Əgər məsələ tibbi və ya psixoloji zəiflikdirsə, bu zaman adətən:
Kişi ümumiyyətlə istəksiz olur (təkcə yoldaşına yox)
Yorğunluq, stress və əsəbilik çox olur
Ereksiya ilə bağlı çətinliklər təkrarlanan hal alır.
Özündə narahatlıq və gərginlik hiss olunur.
Bəzən yaxınlıqdan qaçır, çünki “uğursuzluqdan qorxur”.

Yəni problem varsa, bu çox vaxt ümumi olur, konkret bir qadına qarşı yox.

Kənarda münasibət (xəyanət) olduqda hansı siqnallar olur?

Əgər kişi enerjisini və marağını başqa yerdə yaşayırsa, bu zaman davranış fərqli olur:

Evdə yaxınlıq istəyi azalır, amma ümumi enerjisi normal qalır
Telefonda gizlilik artır (parol, gizli yazışmalar və s.)
Xarici görünüşə birdən-birə daha çox diqqət edir.
Səbəbsiz əsəbilik və ya uzaqlaşma yaranır.

Bəzən evdə soyuq, amma ümumilikdə “aktiv” və canlı görünür.

Qadına qarşı marağın itməsinin digər səbəbləri:

Bəzən nə xəstəlik, nə də xəyanət olur. Sadəcə:
Münasibətdə emosional uzaqlaşma
Uzun müddət həll olunmamış konfliktlər
Qadına qarşı inciklik və ya soyuma


Bu zaman kişi ümumiyyətlə qadına qarşı istəyi itirə bilər, amma bu, mütləq xəyanət demək deyil.

Aygün Musayeva